Xenofeminism
XF
2021 —
Critical Essay
Ksenofeminizm:
Alternativ gender siyasəti
Vahid Əliyev
Femiskop
Ksenofeminizm, əsasən, texnoloji dəyişiklikləri özündə ehtiva edir və anti-təbiətçi bir mövqe ortaya qoyur. O, insanları yadlaşdırmağa çalışan feminizm formasıdır. Ksenofeminizm haqqında oxumaq və ya yaranması haqqında məlumat əldə etmək üçün müxtəlif dərgilərdə, jurnallarda çap edilmiş akademik mətnləri deyil, onlayn manifesti və eyni zamanda, saytlarında dərc olunan məqalələri nəzərdən keçirmək daha məqsədəuyğundur. Elə bu tip rəqəmsallaşmış format da ksenofeminst layihənin formatından və əlçatımlılığından xəbər verir. Təbii ki, bu əlçatımlılığın özü də ksenofeministlər tərəfindən tənqid olunur, çünki tenologiyalar, yəni internet, smartfonlar, kompüterlər hər kəsə ədalətli və bərabər şəkildə paylanılmır.